"Neftçi" Kiyev "Dinamo"su ilə qarşılaşacaq

"Neftçi" Kiyev "Dinamo"su ilə qarşılaşacaq
"Neftçi” PFK-nın yanvarın 11-dən 25-dək Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.
 
Fanat.az xəbər verir ki, komanda yanvarın 20-də Belekdəki "Gloria Sports Arena”da Ukraynanın "Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.
Qardaş ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin yanvarın 15-dəkı rəqibi Polşanın "LKS Lodz” klubu olacaq. Yanvarın 24-ü baş tutacaq sonuncu sınaq matçındakı rəqib haqda daha sonra məlumat veriləcək.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər