"Neftçi" italiyalı forvardla gücləndi

"Neftçi" italiyalı forvardla gücləndi

Mövsümün ikinci yarısına hazırlaşan "Neftçi" heyətinə yeni futbolçu cəlb edib.

 

Fanat.Az futbolinfo.az-a istinadən xəbər verir ki, paytaxt klubu baş məşqçi Roberto Bordinin həmyerlisi olan italiyalı hücumçu ilə güclənib. Bu barədə italiyalı həmkarlarımız məlumat yayıb.

"Ağ qaralar" "Novara” klubundan Canluka Sansoneni heyətinə qatıb. Hücumçunun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Sansonenin karyerası tamamilə İtaliyaya bağlıdı. Forvard peşəkar karyerasına "Montorio" klubunda başlayıb. Daha sonra o, "Valle del Covinko", "Syena", "Qallipoli", "Lansiano", "Frozinone" klublarında oynayıb. Hücumçu "Sassuolo", "Torino" klublarında oynadıqdan sonra "Sampdoriya"ya keçib. 2013-2016-cı illərdə bu klubda oynayan futbolçu 42 oyunda 5 qol vurmağı bacarıb. Daha sonra o, "Bolonya", "Bari" klublarında icarə əsasında çıxış edib. 2016-cl ildən isə "Novara"nın şərəfini qoruyur.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər