"Neftçi" ispan məşqçi gətirdi - RƏSMİ

"Neftçi" ispan məşqçi gətirdi - RƏSMİ
"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.
 
Fanat.Az xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Eduardo Karo yetirəcək.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.
 
İspaniyanın "Terrassa” (2015-2017), "Gava” (2017-2018), Səudiyyə Ərəbistanının "Əl-Hilal” U-23 (2018-2019) və Türkiyənin "Gənclərbirliyi” (2020) klublarında çalışmış Karo 2019/2020-ci illər mövsümündə "Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər