"Neftçi” klubu Futbol Akademiyasının direktoru Mik Benetlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, müqavilə müddəti başa çatan ingiltərəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Klubun prezidenti Kamran Quliyev Benetlə görüşərək xidmətlərinə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Benet "Neftçi"də 2018-ci ilin sentyabrından fəaliyyət göstərirdi.
Britaniyalı mütəxəssislə yeni müqavilə imzalanmayacağı ilə bağlı ilk olaraq Fanat.Az məlumat vermişdi.
Fanat.Az