"Neftçi" Mirabdulla ilə müqaviləni yenilədi

"Neftçi" Mirabdulla ilə müqaviləni yenilədi
"Neftçi” futbolçusu Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 26 yaşlı hücumçu daha 2 il – 2023-cü il mayın 31-dək flaqmanın formasını geyinəcək.
Abbasov "Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb, 20 qola imza atıb.
Qeyd edək ki, "Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər