"Neftçi" Hondanın formalarını satışa çıxardı

"Neftçi" Hondanın formalarını satışa çıxardı
"Neftçi" klubu yeni transferi Keysuke Hondanın formalarını məhdud sayda satışa çıxarıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bu addım azarkeşlərin çoxsaylı istəkləri qarşılığında atılıb.
Formaları bu gün klubun "Bakcell Arena”dakı fanşopundan əldə etmək olar.
Hondanın formasını əldə edən azarkeşlər martın sonlarında keçiriləcək müsabiqədə iştirak hüququ qazanacaqlar. Müsabiqədə qalib gələn 10 azarkeş "Neftçi”nin növbəti məşqlərindən birini canlı izləyə biləcək.
Qeyd edək ki, fanşop həftəiçi 10:00-dan 18:00-dək işləyir. Həftəsonları və bayram günləri işləmədiyi (oyun günləri istisnadır) üçün +994 55 759 69 96 nömrəsi ilə əlaqə saxlayıb, forma əldə etmək olar.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər