"Neftçi" hazırlıqlara start verdi

"Neftçi" hazırlıqlara start verdi
"Neftçi” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Sperantsa” ilə səfər oyununun hazırlığına start verib.
 
Fanat.az xəbər verir ki, Türkiyə toplanışından sonra ikigünlük fasiləyə buraxılan komanda "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlığın bu gün bir məşqlə davam edəcəyi nəzərdə tutulub.
İyulun 11-də "Zimbru” stadionunda keçiriləcək "Sperantsa” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər