"Neftçi" Hacıyevin müqaviləsini uzatdı, icarəyə verdi

"Neftçi" Hacıyevin müqaviləsini uzatdı, icarəyə verdi
"Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 il artırılıb.
Hacıyev gələn mövsümün sonunadək "Keşlə” klubuna icarəyə verilib.
Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər