"Neftçi" futbolçusunu millidən geri çağırdı

"Neftçi" futbolçusunu millidən geri çağırdı
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. 
Fanat.Az xəbər verir ki, "Neftçi”dən dəvət edilən qapıçı Kamran İbrahimov hazırlıq prosesində iştirak etməyəcək.
Aqil Məmmədov zədələndiyinə görə "Neftçi” klubunun rəhbərliyi millinin baş məşqçisindən İbrahimovun toplanışdan azad edilməsini xahiş edib.
Qeyd edək ki, U-21 toplanış çərçivəsində yanvarın 24-də, Bakı vaxtı ilə saat 12:00-da "Spartak-2” komandası ilə yoxlama oyunu keçirəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər