"Neftçi" futbolçusunu ərəb klubuna icarəyə verdi

"Neftçi" futbolçusunu ərəb klubuna icarəyə verdi
"Neftçi"nin hücumçusu Kvame Karikarinin taleyinə aydınlıq gəlib. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qanalı forvard icarəyə verilib.
Belə ki, paytaxt təmsilçisinin 27 yaşlı oyunçusu Birləşmiş Ərəb Əmirliklərinin "Əl Oruba" klubu ilə anlaşıb. Razılığa əsasən, Karikari iyunun 1-dək "Əl Oruba"nın formasını geyinəcək.
Qeyd edək ki, Karikari "Neftçi"yə mövsümün əvvəlində Qətər təmsilçisi "Əl Arabi"dən keçib. Onun bakılılarla müqavilə müddəti gələn ilin yayına qədərdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər