"Neftçi" futbolçusu ilə müqaviləni uzatdı, icarəyə verdi

"Neftçi" futbolçusu ilə müqaviləni uzatdı, icarəyə verdi
"Neftçi” klubu futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 27 yaşlı yarımmüdafiəçi 2024-cü il mayın 31-dək "ağ-qaralar”a məxsus olacaq.
Ötən mövsümü icarə əsasında "Keşlə”də keçirən Hacıyev daha 1 il müddətinə bu kluba icarəyə verilib.
Qeyd edək ki, Rəhman Hacıyev 2014-2020-ci illər ərzində "Neftçi”nin heyətində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər