"Neftçi" fransalı futbolçu transfer etmək istəyir

"Neftçi" fransalı futbolçu transfer etmək istəyir
Bolqarıstanın "Beroe” klubunun futbolçusu Teddi Mezaqe karyerasını Azərbaycanda davam etdirə bilər.
Fanat.Az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, "Neftçi” 31 yaşlı müdafiəçini transfer etmək istəyir. Onunla Xorvatiyanın "Hayduk” və Fransanın 2-ci liqa klublarının da maraqlandığı qeyd olunub.
 
Fransalı futbolçunun klubu ilə sözləşməsi başa çatdığından onu transfer etmək istəyən kluba azad agent statusu ilə yəni pulsuz keçəcək.
Qeyd edək ki, Kamerun əsilli Teddi Fransada "Monpelye”, "Martiqes”, İngiltərədə "Leyton Orient”, Belçikada "Muskron”, Rumıniyada "Dinamo”, İsraildə "Hapoel Raanana” klublarında da çıxış edib. O, son mövsümdə "Baroe"nin heyətində 32 rəsmi oyuna çıxıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər