"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu transfer edir

"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu transfer edir
"Neftçi" heyətinə braziliyalı futbolçu qatır.
Fanat.Az "Terra" nəşrinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Braziliyanın B Seriyasında çıxış edən "Quarani"nin futbolçusu Tallison Auqustonu transfer edir. 29 yaşlı müdafiəçi "Neftçi" ilə 3 illik müqavilə imzalayacaq. 
"Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib. O, Tallisona təklif olunan məbləğin hazırkı komandasındakı qazancından çox olduğunu söyləyib.
Qeyd edək ki, Tallison Auqusto indiyədək Braziliyanın ASA, "Flamenqo", "Fortaleza", "Ferroviaria", "Seara", "Red Bull Brasil", "Vitoriya", "Novorizontino" və Belçikanın "Sent-Truiden" klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər