"Neftçi" "Dinamo"nu keçsə, bu rəqiblərdən biriylə oynayacaq - ADLAR

"Neftçi" "Dinamo"nu keçsə, bu rəqiblərdən biriylə oynayacaq - ADLAR
Azərbaycan çempionu "Neftçi”nin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, UEFA sabah baş tutacaq püşkdən bir gün öncə komandaları qruplara bölüb.
 
1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo” (Tbilisi) klubuna rəqib olan "ağ-qaralar” yenə səpələnməmişlər səbətində yer alıb. Paytaxt klubu Tbilisi təmsilçisini keçəcəyi halda, "Olimpiakos” (Yunanıstan), "Srvena Zvezda” (Serbiya) və ya "Teuta” (Albaiya) – "Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşa bilər.
 
Qeyd edək ki, sabah keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər