"Neftçi" - "Dinamo" matçının başlama saatı açıqlandı

"Neftçi" - "Dinamo" matçının başlama saatı açıqlandı
"Neftçi”nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Tiflis "Dinamo”suna qarşı keçirəcəyi cavab matçının vaxtı açıqlanıb.
 
Fanat.Az xəbər verir ki, iyulun 14-də "Bakcell Arena”da baş tutacaq görüşə saat 21:00-da start veriləcək. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 
 
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena”da keçiriləcək. Bu oyun isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər