"Neftçi" daha bir futbolçusu ilə razılığa gəldi

"Neftçi" daha bir futbolçusu ilə razılığa gəldi
"Neftçi" daha bir futbolçusu ilə növbəti mövsüm üçün razılığa gəlib.
Fanat.Az xəbər verir ki, əsas müdafiəçilərdən olan Mamadu Mboc daha bir ağ-qara formanı geyinəcək.
Seneqallı oyunçu bununla əlaqədar instaqram hesabında paylaşım edib. O, kubokla birlikdə fotosunu dərc edərək, "To be continued" (davam edirik) yazıb.
Qeyd edək ki, Mamadu Mboc 2019-cu ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Paytaxt təmsilçisi daha əvvəl öz yetirməsi Ömər Buludovla 3 illik yeni müqavilə imzaladığını açıqlayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər