“Neftçi” daha bir futbolçusu ilə müqaviləni yenilədi

“Neftçi” daha bir futbolçusu ilə müqaviləni yenilədi
"Neftçi"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Fanat.Az saytının klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Aqil Məmmədovla müqavilə müddəti uzadılıb.
31 yaşlı qolkiperlə anlaşmanın müddəti 2 illik olub. Məmmədov 2022-ci ilin yayına qədər "ağ-qaralar”a məxsus olacaq.
Qeyd edək ki, "Neftçi"də bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev yeni müqavilə bağlayıb  Onlardan Hacıyev "Keşlə"yə icarəyə verilib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər