"Neftçi" daha bir futbolçusu ilə müqaviləni uzatdı

"Neftçi" daha bir futbolçusu ilə müqaviləni uzatdı
"Neftçi” klubu yetirməsi Fəhmin Muradbəyli ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, yarımmüdafiəçisi 2023-cü il mayın 31-dək "ağ-qaralar"ın formasını geyinəcək.
25 yaşlı futbolçu 2013-2017, 2020-2021-ci illər ərzində "Neftçi”nin heyətində 85 rəsmi oyunda meydana çıxıb, 6 qola imza atıb.
Qeyd edək ki, "Neftçi” bundan əvvəl digər yetirməsi Ömər Buludovla yeni müqavilə bağlayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər