"Neftçi” baş məşqçisi Füzuli Məmmədovla müqavilə yeniləyib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi vəzifəsinə namizədliyi təsdiqlənib. Onun daha 2 il əsas komandanı çalışdırmasına qərar verilib.
Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.
Fanat.Az