"Neftçi" "Bakı"nın sabiq məşqçisi ilə müqavilə bağladı

"Neftçi" "Bakı"nın sabiq məşqçisi ilə müqavilə bağladı
"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.
Qeyd edək ki, 2013 - 2015-ci illərdə "Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid "Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və "B” komandasında (2010-2012), eləcə də İspaniyanın "Xetafe” "B” (2015-2016) və Çinin "Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyasına malikdi.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər