“Neftçi” azarkeşlərindən Bordinə "Good bye", Kamran Quliyevə "İstefa"...

“Neftçi” azarkeşlərindən Bordinə "Good bye", Kamran Quliyevə "İstefa"...
"Neftçi” Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Zirə” ilə qarşılaşır. 
Fanat.Az matc.az-a istinadən xəbər verir ki, oyunun keçirildiyi Zirə İdman Kompleksinin stadionunda yerli azarkeşlərlə yanaşı, bir qrup "Neftçi” fanatı da var. 
 
Klub rəhbərliyi, baş məşqçi əleyhinə müxtəlif şüarlar səsləndirən "Neftçimania” üzvləri 27-ci dəqiqədə "Zirə”nin vurduğu qoldan sonra tez-tez "Rədd olun, gedin", "Good bye, Bordin" (Sağ ol, Bordin), "Kamran, istefa" deyə şüarlar səsləndirirlər.
 
Qeyd edək ki, ilk turun oyununda uğursuz nəticələrə etiraz edən "Neftçimania" fan-klubunun üzvləri "Neftçi" rəhbərliyinin tapşırığı ilə stadiondan çıxarılmış, "Forza Neftçi" üzvləri isə fasilədən sonra arenaya buraxılmamışdı. "Forza Neftçi" bu olaydan sonra komandanın oyunlarına getməyəcəyini açıqlayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər