"Neftçi" afrikalı yarımmüdafiəçi gətirdi - VİDEO

"Neftçi" afrikalı yarımmüdafiəçi gətirdi - VİDEO
"Neftçi” heyətinə yeni legioner qatıb.
 
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi nigeriyalı Yusuf Lavalı rənglərinə bağlayıb.
 
Klub onunla 2+1 il müddətinə müqavilə bağlayıb. 22 yaşlı cinah yarımmüdafiəçisi 24 nömrəli formanı geyinəcək.
 
İlk iş yeri "Lions” (Nigeriya) olan orta xətt oyunçusu 2017-2020-ci illər aralığında Belçikanın "Lokeren” klubunun heyətində 22 matça çıxıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər