"Neftçi" 5 məşqçi ilə vidalaşdı - RƏSMİ

"Neftçi" 5 məşqçi ilə vidalaşdı - RƏSMİ
"Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub. 
Paytaxt təmsilçisi mütəxəssislərə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər