"Neftçi" 2018-ci ildə nə qədər pul xərcləyib?

"Neftçi" 2018-ci ildə nə qədər pul xərcləyib?
Azərbaycanın daha bir klubu maliyyə hesabatını açıqlayıb. 
Fanat.Az xəbər verir ki, "Neftçi" 2018-ci il üçün göstəricilərini ictimaiyyətə təqdim edib.
Bildirilib ki, "ağ-qaralar"ın ötən il ərzində gəlirləri 11 milyon 205 min 800 manat, xərcləri isə 9 milyon 668 min 800 manat təşkil edib.
Hesabatda klubun cari öhdəlikləri 1 milyon 53 min 100 manat, cəmi öhdəlikləri 2 milyon 652 min 100 manat, cəmi kapitalı 12 milyon 603 min 500 manat, cəmi aktivləri isə 15 milyon 255 min 600 manat göstərilib.
 
"Neftçi" 2018-ci ildə nə qədər pul xərcləyib?
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər