“Nə “Qarabağ”a, nə “Dnepr”ə, yaxşı futbola azarkeşlik edəcəm”

“Nə “Qarabağ”a, nə “Dnepr”ə, yaxşı futbola azarkeşlik edəcəm”

“Özüm Dnepropetrovskdanam və bu komanda mənə yad deyil. Orda oynayan futbolçuların da bir neçəsi ilə şəxsən tanışam”. Bu sözləri Fanat.az-a açıqlamasında yığmamızın sabiq futbolçusu Aleksandr Çertoqanov deyib.

Milliləşdirilmiş orta xətt oyunçusu doğma şəhərini təmsil edən “Dnepr”lə cavab matçında “Qarabağ”a çətin olacağını vurğulayıb:  “Dnepr” güclü komandadı. Sadəcə, Kiyevdə oyunları alınmadı. Bakıdakı qarşılaşma daha çətin olacaq. Yenilginin əvəzini çıxmağa çalışacaqlar. Ukrayna komandası artıq “Qarabağ”ın nəyə qadir olduğundan da xəbərdardı. Hərçənd mərkəzi arenadakı möhtəşəm azarkeş dəstəyi qonaqlara mane ola bilər”.

Çertoqanov həmvətənlərinə azarkeşlik etməyəcəyini söyləyib: “Mən yaxşı futbola azarkeşlik edəcəm. Fikrimcə, şanslar bərabərdi. Oyunu canlı izləməsəm də, imkan olsa, televiziya vasitəsiylə seyr edəcəm. Çünki Premyer Liqadada yaranan fasilədən istifadə edib Ukraynaya getmək fikrindəyəm”.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər