"Napoli"yə qayıtmaq istəyirəm" - Rafael Benites

"Napoli"yə qayıtmaq istəyirəm" - Rafael Benites

"Napoli"nin sabiq baş məşqçisi Rafael Benites komandanın baş məşqçi postuna mümkün qayıdışına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Calciomercato" ispan mütəxəssisin dediklərini belə çatdırıb:

"Hələ gözləyirəm. İşimə qayıtmaq və yenidən qalib gəlmək istəyirəm. Boş oturmaq fikrim yoxdur. Ancaq hər şey məndən asılı deyil, çünki yeni məşqçi ilə bağlı qərar verən mən deyiləm. Vəziyyəti dəyərləndirməyə və hər şeyi təhlil etməyə hazır olacağam”.

Xatırladaq ki, Luçano Spaletti İtaliya çempionu olduqdan sonra klubu tərk edib və hazırda baş  məşqçi kürsüsü boş qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər