"Napoli"nin yeni baş məşqçisi rəsmən açıqlandı

"Napoli"nin yeni baş məşqçisi rəsmən açıqlandı
Luçano Spagetti "Napoli"yə baş məşqçi təyin olunub.
Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 62 yaşlı mütəxəssis yeni işinə iyulun 1-də başlayacaq.
Onun təyinatı barədə qərarı şəxsən klub prezidenti Aurelio De Laurentis qəbul edib. Spagetti komandanı Çempionlar Liqasına çıxara bilməyən Cennaro Qattuzonu əvəzləyib. Qattuzo mövsüm bitdikdən sonra "Napoli"dən ayrılaraq, "Fiorentina"ya gedib.
Qeyd edək ki, Luçano Spalettinin son iş yeri 2017 - 2019-cu illərdə çalışdığı "İnter" komandası olub. O, əvvəllər "Roma", "Udineze", "Ankona", "Venesiya", "Sampdoriya", "Empoli" və Rusiya "Zenit"inin baş məşqçisi olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər