"Napoli"nin yeni baş məşqçisi bu gün müəyyənləşəcək? - Adı açıqlandı

"Napoli"nin yeni baş məşqçisi bu gün müəyyənləşəcək? - Adı açıqlandı

Rudi Qarsiya ilə yolları ayırmağa hazırlaşan "Napoli" bu gün yeni baş məşqçisi ilə müqavilə imzalaya bilər.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb. 

Xəbərə görə, Neapol təmsilçisinin rəhbərliyi "İnter"in sabiq çalışdırıcısı Valter Matsarri ilə razılığa gəlib və sözügedən mütəxəssis müddəti gələn ilin yayına qədər olan müqaviləyə imza atmağa hazırdır.

Qeyd edək ki, daha öncə də "Napoli"də çalışmış 62 yaşlı Matsarrinin son iş yeri "Kalyari" olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər