"Napoli"nin ulduzu necə qərar verəcəyini dedi

"Napoli"nin ulduzu necə qərar verəcəyini dedi

"Napoli"nin nigeriyalı hücumçusu Viktor Osimhen Neapol təmsilçisində qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb:

Fanat.Az xəbər verir ki, onun dediklərini jurnalist Patrik Berger şəxsi "Twitter" hesabı üzərindən yayıb:

"Məni gələcəkdə nə gözlədiyini bilmirəm. Mövsümün sonunda agentlərimlə görüşəcək və bu məsələni müzakirə edəcəyik. Eləcə də klubumla danışacağam. "Napoli"yə çox minnətdaram. Ən yaxşı variantı birlikdə tapacağıq".

Qeyd edək ki, Osimhen bir neçə Avropa nəhənginin transfer siyahısındadır. Onu sıralarına cəlb etmək istəyənlər arasında "Mançester Yunayted", "Çelsi" və PSJ də var. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər