"Napoli"nin sahibindən sərt açıqlama: "Daha afrikalı futbolçu almayacağam, onlarla qurtardıq!"

"Napoli"nin sahibindən sərt açıqlama: "Daha afrikalı futbolçu almayacağam, onlarla qurtardıq!"

"Napoli"nin sahibi Aurelio De Laurentis afrikalı futbolçular barədə sərt çıxışı ilə yadda qalıb. 

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşri 73 yaşlı funksionerin dediklərini belə çatdırıb:

"Afrikalılarla qurtardıq! Daha afrikalı futbolçu olmayacaq! Sərf etmir! Ya da ki, onlar Afrika Millətlər Kubokunda oynamağı dayandırmalıdırlar. Bu turnirə görə mən onları daha "Napoli"yə almayacağam. Bir nəfər də olsun transfer etməyəcəyəm. Biz onlara maaş veririk, onlar da mövsümün ortasında gedib Afrika Millətlər Kubokunda oynayır". 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər