"Napoli"nin prezidentinin Enrikeyə nə vəd etdiyi bilindi

"Napoli"nin prezidentinin Enrikeyə nə vəd etdiyi bilindi

"Barselona"nın və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrikeyə "Napoli"nin prezidenti Aurelio De Laurentisin vəd verdiyi açıqlanıb.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Footmercato" yayıb.

Xəbərə görə, klub başqanı mütəxəssisə komandanın iki ulduzunun - Viktor Osimhenlə Xviça Kvaratsxeliyanın heyətdə saxlanılacağını deyib. Bundan başqa, De Laurentis mərkəz müdafiəçisi Kim Min Ce Neapol klubunu tərk edəcəyi təqdirdə, onun yerinə "Vilyarreal"dan Pau Torresi alacaqlarını da Enrikenin diqqətinə çatdırıb.

Daha öncə ispan çalışdırıcının A Seriyası təmsilçisindən illik 8 milyon avro əməkhaqqı istədiyi və tərəflərin bu yöndə razılaşdığı barədə məlumat yayılmışdı. 

Qeyd edək ki, "Napoli"nin indiki çalışdırıcısı Luçano Spalletti mövsümün sonunda postundan ayrılacağını və 1 il işləməyəcəyini söyləyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər