"Napoli"nin prezidentinin bu qərarı Avropa nəhənglərini sarsıtdı

"Napoli"nin prezidentinin bu qərarı Avropa nəhənglərini sarsıtdı

Son İtaliya çempionu "Napoli"nin PSJ, "Mançester Yunayted" və "Çelsi" kimi Avropa nəhənglərinin transfer siyahısında olan Viktor Osimhenlə bağlı yekun qərarı bəllidir. 

Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, neapolluların prezidenti Aurelio De Laurentis nigeriyalı forvardı 160 milyon avrodan ucuz qiymətə satmaq niyyətində deyil.

Bundan başqa, De Laurentis hazırda illik 4,5 milyon avro məvacib alan Osumhenin maaşının artırılmasını və onunla yeni müqavilə imzalanmasını planlaşdırır. Onun satış qiymətinin yeni anlaşmada əksini tapması da əsas hədəflərdəndir.

Qeyd edək ki, "Napoli" ilə indiki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər olan Viktor cari mövsüm A Seriyasında 31 matça çıxaraq 25 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər