"Napoli"nin prezidenti Rudi Qarsiya haqda: "Hər dəfə onunla danışanda..."

"Napoli"nin prezidenti Rudi Qarsiya haqda: "Hər dəfə onunla danışanda..."

"Napoli"nin prezidenti Aurelio De Laurentis komandanın yeni baş məşqçisi Rudi Qarsiyanın təyinatı barədə danışıb.

Fanat.Az xəbər verir ki, klubun rəhbəri Qarsiyanı sona qədər dəstəkləyəcəyini bildirib.

“Sport Press” funksionerin dediklərini belə çatdırıb: “Qarsiya çox inandığımız bir məşqçidir. O, ötən mövsümün uğurlarını daha da gücləndirə biləcək. Hər dəfə onunla danışanda mənə elə gəlir ki, düzgün seçim etmişəm. Mən onu hər şeydə dəstəkləyirəm və sona qədər belə olacaq”. 

Xatırladaq ki, neapolluları İtaliya çempionu edən Luçano Spalettinin gedişindən sonra Qarsiya “Napoli”nin sükanı arxasına keçib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər