"Napoli"nin prezidenti klubu ərəblərə satmadı - Fantastik məbləğ

"Napoli"nin prezidenti klubu ərəblərə satmadı - Fantastik məbləğ

"Napoli"nin prezidenti Aurelio De Laurentis klubu ərəb fonduna satmaqdan imtina edib. Fanat.Az xəbər verir ki, klub funksioneri bu barədə "Futbol TV" kanalına danışıb: 

“Napoli"yə nə qədər pul təklif olunduğunu bilmək belə istəmirəm. Bu ailə oyuncağıdır və onu satmağı düşünmürəm. Mən neapolluyam, mənə "Napoli" ilə çox xoşdur. Başqa təkliflər məni narahat etmir. Keçən il Ərəb Fondu mənə 2,5 milyard avro təklif etdi, amma mən imtina etdim".

Qeyd edək ki, "Napoli" hazırda A Seriyasına inamla liderlik edir. Üstəlik, komanda Çempionlar Liqasında 1/4 finaldadır.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər