"Napoli"nin iki futbolçusu MY-nin hədəfində

"Napoli"nin iki futbolçusu MY-nin hədəfində

"Mançester Yunayted" "Napoli"nin iki futbolçusuna göz dikib. 

Fanat.Az xəbər verir ki, bunlar müdafiəçi Kim Min Çje ilə hücumçusu Viktor Osimxendir. 

Məlumatı "Il Mattino" yayıb. 

26 yaşlı cənubi koreyalı futbolçu ilə hələ 6 ay əvvəldən danışıqlar başlayıb. Onun yayda "Old Trafford"a keçəcəyi dəqiqdir. 

Ancaq Osimxenin transferi sual altındadır. Çünki onun elçiləri daha çoxdur. "Nyukasl" və PSJ də forvardın izindədir. Başqa mənbələr isə 24 yaşlı nigeriyalının "Çelsi" ilə anlaşdığını yazır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər