"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

"Napoli"nin yarımmüdafiəçisi Andre Zambo Anqissa karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı  GOAL yayıb.

Mənbə sözügedən futbolçunu "Əl-Nəsr"in istədiyini vurğulayıb. Xəbərə görə, Zambo Anqissanın Neapol təmsilçisi ilə müqaviləsində onu almaq istəyən klubun 45 milyon avro ödəməli olduğu ilə bağlı bənd var və bu, yalnız A Seriyası klubları üçün keçərlidir.

Cari mövsüm "Napoli" forması ilə bütün turnirlərdə 41 matça çıxan Andre 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun neapollularla müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, hazırda 39 yaşlı superulduz Kriştianu Ronaldu da "Əl-Nəsr"in formasını geyinir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər