"Napoli"nin forvardı ölümdən döndü - FOTO

"Napoli"nin forvardı ölümdən döndü - FOTO
KONKAKAF Qızıl Kubokunun 1-ci turunun oyununda Meksika yığması Trinidad və Tobaqo yığması ilə üzü-üzə gəlib.
Fanat.Az xəbər verir ki, Arlinqtondakı (ABŞ) "АТ&Т" stadionunda baş tutan və qolsuz bərabərliklə bitən matçda meydanda qorxulu anlar yaşanıb.
Belə ki, oyunun 10-cu dəqiqəsində Meksika seçməsinin və "Napoli"nin hücumçusu İrvin Losano rəqibin cərimə meydançasında qapıçı Marvin Filiplə toqquşub. İrvinin başı qolkiperin dizinə dəydiyindən ayağa qalxa bilməyib. Həkimlərin müdaxiləsindən sonra qan içində olan forvard meydandan xərəkdə çıxarılıb.
Goal.com-un yaydığı son məlumata görə, hazırda başından ağır xəsarət alan futbolçunun vəziyyəti sabitdir.
 
"Napoli"nin forvardı ölümdən döndü - FOTO
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər