“Napoli”nin evdə məğlubiyyətsiz seriyası sona çatdı

“Napoli”nin evdə məğlubiyyətsiz seriyası sona çatdı

“Napoli” İtaliya A Seriyasının 25-ci turunda “Latsio”ya doğma meydanda 0:1 hesabıyla uduzub.

Fanat.Az xəbər verir ki, bununla da, neapolluların evdə keçirdiyi çempionat matçlarında təxminən bir ilə yaxın davam edən məğlubiyyətsizlik seriyası sona çatıb.

Bu müddətdə Luçano Spalettinin futbolçuları A Seriyasında 12 qələbə qazanıb, iki dəfə “sülh”ə razılaşıb.

Neapol təmsilçisi hazırda 65 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər