"Napoli"nin əfsanəsi həyatla vidalaşdı

"Napoli"nin əfsanəsi həyatla vidalaşdı

İtaliya millisinin və "Napoli"nin sabiq futbolçusu Antonio Yuliano həyatla vidalaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı Neapol təmsilçisinin rəsmi saytı yayıb.

"Napoli" forması ilə 502 matça çıxaraq rekord müəyyənləşdirən keçmiş yarımmüdafiəçi 80 yaşında vəfat edib. 

Yuliano İtaliya yığmasının heyətində AÇ-1968-in qalibi olub, DÇ-1970-in bürünc medalını qazanıb. O, karyerasını bitirəndən sonra "Napoli"də qalaraq menecer qismində fəaliyyət göstərib və həmin vaxt Dieqo Maradonanın transferinin reallaşmasında xüsusi rol oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər