"Napoli" rəhbərliyi komandanın baş məşqçisi Valter Matsarrinin istefaya göndərmək barədə düşünür.
Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, sözügedən mütəxəssis Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində reallaşacaq matçda - fevralın 21-də "Barselona"ya qarşı keçirəcəkləri ev oyununda ümidləri doğrultmaycağı halda, postunu vaxtından əvvəl tərk edəcək. Mənbə Matsarrinin yerini böyük ehtimalla, "Milan" və "Sampdoriya"nın sabiq çalışdırıcısı Marko Campaolonun tutacağını vurğulayıb.
Matsarrinin "Napoli" ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 24 tura 36 xal toplayan neapollular A Seriyasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıblar.