"Napoli"nin baş məşqçisi Osimhenin qərarını açıqladı

"Napoli"nin baş məşqçisi Osimhenin qərarını açıqladı

"Napoli"nin baş məşqçisi Rudi Qarsiya komandanın nigeriyalı hücumçusu Viktor Osimhendən danışıb.

Fanat.Az "Sport Italia"ya istinadən xəbər verir ki, Qarsiya nigeriyalı forvardın Neapol təmsilçisində qalmaq istədiyini deyib:

"Osimhen "Napoli"də qalmaq istəyir. Biz də yola Viktorla davam etməkdə maraqlıyıq. Ümid edirəm ki, o, özünü yaxşı hiss edəcək və əla mövsüm keçirəcək".

2022/2023 mövsümündə "Napoli" forması ilə bütün turnirlərdə 39 matça çıxan Osimhen 31 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Neapolluların sıralarında A Seriyasının qalibi adını qazanan afrikalı forvard çempionatın ən yaxşı bombardiri olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər