"Napoli" Xalidu Kolibalinin transfer qiymətini müəyyənləşdirib.
Fanat.Az "Calcio Mercato"ya istinadən xəbər verir ki, İtaliya klubu "Mançester Yunayted"in istədiyi 27 yaşlı yarımmüdafiəçini 100 milyon avrodan aşağı satmaq niyyətində deyil. Bu satış baş tutsa, Kolibali "Napoli" tarixinin ən bahalısı olacaq.
Qeyd edək ki, "Napoli" Kolibalini 2014-cü ildə "Genk"dən 7.75 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub.
Fanat.Az