"Napoli"də növbəti baş məşqçi dəyişikliyi olacaq

"Napoli"də növbəti baş məşqçi dəyişikliyi olacaq

"Napoli"nin prezidenti Aurelio De Laurentis mövsümün sonunda "Milan"ı tərk edəcəyi gözlənilən Stefano Piolini komandanın baş məşqçisi vəzifəsinə dəvət etməyi düşünür.

Fanat.Az xəbər verir ki, informasiyanı “Il Mattino” yayıb.

Mənbənin məlumatına görə, De Laurentis Piolini bəyənir və yayda onu Valter Mazzarrinin yerinə işə götürəcək. "Napoli"nin prezidenti Piolinin çevikliyini, idarəçilik bacarığını və "Milan"dakı keçmiş uğurlarını yüksək qiymətləndirir. Pioliyə alternativlər arasında "Atalanta"dan Gian Pyero Qasperini və "Fiorentina"dan Vinçentso İtaliano da var.

Bu mövsüm 58 yaşlı Pioliyə təzyiqlər çoxalıb. “Rossonerilər” titul yarışında “İnter”dən səkkiz xal geridə qaldığı üçün mövsümün sonunda qovulacağı gözlənilir. Baxmayaraq ki, onunla 2025-ci ilin iyun ayına qədər müddətə müqavilə qüvvədədir. Piolini Antonio Konte əvəzləyə bilər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər