Son İtaliya çempionu "Napoli"ni "Barselona" ilə Çempionlar Liqası oyununa yeni baş məşqçi çıxaracaq.
Fanat.Az xəbər verir ki, Neapol klubu baş məşqçi dəyişikliyini rəsmən açıqlayıb.
Valter Mazzarri istefaya göndərilib və onun yerinə Françesko Kalsona gəlib.
Bu, 2023/2024 mövsümündə "Napoli"nin ikinci baş məşqçi dəyişikliyidir - Mazzarri Rudi Qarsiyanın istefasından sonra noyabrın ortalarından komandaya başçılıq edirdi. O vaxtdan bəri komanda 17 oyun keçirib və bu oyunda altı qələbə, üç heç-heçə və səkkiz məğlubiyyəti qeyd edib.
Françesko Kalsona daha əvvəl Mauritsio Sarri (2015-2018) və Luçano Spalletti (2021-2022) ilə "Napoli"nin məşqçilər korpusunda çalışıb. İndi Kalsona özünü klubda baş məşqçi kimi sınayacaq. O, paralel olaraq, Slovakiya millisinin baş məşqçisi postundakı işini də davam etdirəcək.
“Napoli” növbəti oyununu fevralın 21-də – Çempionlar Liqasında “Barselona”ya qarşı keçirəcək.
Mirağa