"Napoli" yeni stadiona köçəcək

"Napoli" yeni stadiona köçəcək

Son İtaliya çempionu "Napoli" yeni stadiona köçəcək. 

Fanat.Az xəbər verir ki, "Get Italian Football News" bu barədə klubun prezidenti Aurelio De Laurentisə istinadən məlumat yayıb.

Xəbərə görə, stadionun tikintisinə 18 aydan sonra başlanacaq. Arena Neapolun Baqnoli rayonunda yerləşəcək. Yaxınlıqda 12 meydançadan ibarət idman şəhərciyi də salınacaq.

De Laurentis bildirib ki, "Napoli" 2027-ci ilə qədər yeni stadiona sahib olacaq. O, bu layihəni maliyyələşdirmək üçün maliyyə imkanlarının olduğunu deyib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər