"Napoli" yarımmüdafiəçisi ilə razılığa gələ bilmədi - Bu kluba keçir

"Napoli" yarımmüdafiəçisi ilə razılığa gələ bilmədi - Bu kluba keçir

"Napoli" yarımmüdafiəçisi Piotr Zielinski ilə müqavilənin uzadılması barədə razılığa gələ bilmir.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Nikolo Skira bu barədə X sosial şəbəkə hesabında (Twitter) məlumat paylaşıb.

Mənbənin məlumatına görə, yaxın vaxtda tərəflər razılığa gələ bilməsə, futbolçu "İnter"in təklifini qəbul edəcək. Milan klubu yarımmüdafiəçiyə illik 4,5 milyon avro maaşla 2026/2027 mövsümünün sonuna qədər müqavilə təklif edir. Müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə "İnter"in müqaviləni avtomatik olaraq 2028-ci ilə qədər uzatmaq imkanı olacaq.

Zielinski 2016-cı ildən "Napoli"də çıxış edir. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 23 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə hazırki müqaviləsinin müddəti 2024-cü ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" futbolçunun təxmini dəyərini 30 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər