"Napoli" və "Barselona"dan rus hakimə gözdağı

"Napoli" və "Barselona"dan rus hakimə gözdağı

Ötən gecə  Avropa Liqasının 1/8 finalında qarşılaşan “Napoli” ilə “Barselona”nın matç başlamazdan əvvəl etdiyi jest ictimaiyyətin diqqətini çəkib.

Fanat.Az xəbər verir ki, hər iki komandanın futbolçuları Dieqo Armando Maradona stadionuna birlikdə "MÜHARİBƏYƏ STOP" yazısı ilə çıxaraq bununla Rusiyanın Ukraynaya hücumuna etiraz bildiriblər. 

Bununla belə, "Marca" nəşri UEFA həmin səhnəni nümayiş etdirməmək qərarına gəlib.

"UEFA beynəlxalq ictimaiyyətin Avropadakı təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlığını bölüşür və Rusiyanın Ukraynaya hazırkı hərbi təcavüzünü kəskin şəkildə pisləyir", - UEFA-dan verilən açıqlamanın mətni belədir.

İspaniyanın AS nəşri isə bir qədər də irəli gedərək, bu addımın mümkün səbəbi kimi belə bir iddia səsləndirib: “Bu şəkil yayımda göstərilmədi, çünki kameralar rusiyalı hakim Sergey Karasevi belə bir səhnə ilə yan-yana göstərmək istəməyib”. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər