İtaliya A Seriyasında 2023/24 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.
Son çempion “Napoli” “Frozinone”nin qonağı olub və inamlı qələbəyə sevinib. “İnter” də “Montsa”nı məğlub yola salıb. “Cenoa” evdə “Fiorentina”ya, “Empoli” isə “Verona”ya uduzub.
İtaliya A Seriyası 1-ci tur 19 avqust
Cenoa – Fiorentina 1:4 Qollar: Biraski, 58 – Biraqi, 5. Bonaventura, 11. N.Qonsales, 40. Mandraqora, 56.
İnter – Montsa 2:0 Qollar: L.Martines, 8; 76.
Empoli – Verona 0:1 Qol: Bonatsoli, 75.
Frozinone – Napoli 1:3 Qollar: Harrui, 7-pen – Politano, 24. Osimhen, 42; 79.
20 avqust
20:30. Roma – Salernitana 20:30. Sassuolo – Atalanta 22:45. Leççe – Latsio 22:45. Udineze – Yuventus
21 avqust
20:30. Torino – Kalyari 22:45. Bolonya - Milan