"Napoli" ulduzuna görə alman nəhəngindən bu qədər istəyir - Fantastik məbləğ 

"Napoli" ulduzuna görə alman nəhəngindən bu qədər istəyir - Fantastik məbləğ 

"Napoli"nin nigeriyalı hücumçusu Viktor Osimhen karyerasını Almaniya Bundesliqasında davam etdirmək istəyir.

Fanat.Az xəbər verir ki, məlumatı idman jurnalisti Florian Plettenberq yayıb.

İddiaya görə, ulduz futbolçu onun xidmətində maraqlı olan "Bayern Münhen"ə keçməyə isti yanaşır. Ancaq "Napoli"nin forvardına görə fantastik transfer məbləği istəməsi keçidi düyünə salır. Məsələ burasındadır ki, “Napoli”nin prezidenti Aurelio de Laurentis Viktorun 150 milyon avro dəyərində olduğunu bildirib. Mənbənin məlumatına görə, alman nəhəngi bu qədər böyük məbləğdə pul xərcləməyəcək.

Osimhenin transferində İngiltərə Premyer Liqasının klubları da maraqlıdır. “Mançester Yunayted” və “Çelsi” onu yayda sıralarına qatmaq istəyir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər