"Napoli" baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Aurelio De Laurentis məlumat yayıb.
İtaliya təmsilçisinin rəhbəri "tvitter" hesabında 43 yaşlı mütəxəssislə yolları ayırdıqlarını bildirib.
Qeyd edək ki, mövsümün son turunda "Verona" ilə heç-heçə edən "Napoli" Çempionlar Liqasına yüksəlmək şansını itirib.
Xatırladaq ki, Qattuzo 2019-cu ildən "Napoli"yə başçılıq edir. Komanda onun rəhbərliyi altında ölkə kubokunun sahibi olub.
Röya